Ümumdünya Kilsə Məclisləri

V. Surikov. Birinci Umumdunya  Kilsə MəclisiBütün Kilsə adından çağrılan yığıncaqlara Ümumdünya Kilsə Məclisi deyilir. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.

I Ümumdünya (I Nikeya) Kilsə Məclisi (325-ci il). Roma imperatoru I Konstantinus tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanı-nın simvolu tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskop-larının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdəpresviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan mahiyyətcə fərqli mahiyyətə malikdir.
Ardı →

İkonaların əleyhdarlarına qarşı mübarizə

O dövrdə daha bir məsələ bütün xristian dünyasının diqqət mərkəzində idi. Bu ikonalara (yunanca “eikon”) münasibət məsələsi idi. Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi və onlara edilən ehtiram və sayqı kütləvi hal almışdı. Bu sayqı bir çox hallarda onlara sitayişə çevrilirdi.

Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Kesariyalı Yevseviy də olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı. Bundan sonra ikonalara qarşı çıxış edənlərin sayı artmışdı.


Ardı →

Xristoloji mübahisələr

Xristoloji mübahisələrin başlanması 
IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Lakin dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır.

Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır. 


Ardı →

Xristian ehkamlarının formalaşması dövrü və daxili çəkişmələr

İmperator KonstantinusIV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi. 

Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.
Ardı →

İlk Xristianlığın qısa tarixi icmalı

Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur.
Tarixdən məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi.


Ardı →